Yığılsa, məxluqat, qurulsa məhşər,İsrafil surunu çala qoymaram,Çəkərəm qılıncı, girrəm meydana,Uçurdaram, burda qala qoymaram.

Mən aşıq təhlədənəm,Tək evli məhlədənəm,Aracbap tərlanıyamSonalar təhlədənəm.

Xəbər olsun Bayazidin elinə,Düşməmisiz mən dəlinin əlinə,Hoy deyib minərəm Qırat belinə,Bu qisası Rüstəm-Zala qoymaram.

Mən aşıq ləngəridi,Gəmidi, ləngəridi,Çox bilib, az danışqmaq,İyidin ləngəridi.

Bir iyid ki, atasından var ola,Tülak tərlan qurbət eldə sar ola,Bayaziddə neçə gözəl var ola,Aya aparmasam, ilə qoymaram.

Mən aşıq Ordubada,Salmasdan Ordubada,Sərkərdə qoçaq olsa,Heç verməz ordu bada.

Badələr içmişəm hələ sərxoşam,Qorx o günümdən ki, qaynayam, coşam.Tüləklər saldıran bir tərlan quşam,Sarlar şikarımı ala qoymaram,

Mən aşıq ovun ovlar,Gözlərin ovun ovlar,Alvızdan qalxan tərlan,Murğuzdan ovun ovlar.

Qırram qayaları, yıxaram dağı,Xanlar zəhər içər, sultanlar ağı,Çənlibeldi qoç Koroğlu oylağı,Şah da gəlsə Çonlibelə qoymaram.

Mən aşığam şonqara,Şikar gərək şonqara,Cik-cik deyən sərçələr,Neylər şahin şonqara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Koroğlunun İstanbul səfəri

Koroğlu Dəli Həsənlə arxa-arxaya verib Çənlibeldə yurd-yuva salmışdı.Tay iş gəlib o yerə çatmışdı ki, Çənlibelin həndəvərindən bir karvan da keçə bilmirdi. Koroğlunun adı bütün aləmə yayılmışdı.

23 min
Aşıq Cünun

Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi. Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı. Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı. Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı. Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi. Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin. O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur. Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:Gəl sənə söyləyim, bəzirganbaşı,

4 min
Koroğlunun Türkman səfəri

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Koroğlu Qarsın ətəklərindəki Alacalar adlı dağda Osmanlı qoşunu ilə toqquşduğu zaman çox bərk dara düşüb, yeddi gün, yeddi gecə o mahasırada qalmışdı.Bundan çox qorxduğuna görə kişilikdən kəsilmişdi.

21 min
Dəmirçioğlunun Çənlibelə gəlməyi

Koroğlu bir gün Qıratı nallatmağa aparmışdı. Gəzib-gəzib axırda bazarın lap qurtaracağında kamil bir nalbənd tapdı.Atdan düşdü, nalbəndə salam verib Qıratı onun qabağına çəkdi.

7 min

Poems by other poets