Səndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!

Cövlanə gətirəm təb tövsənin,Seyr edəm meydanın uzunun, enin.

Çəkiləm bir küncə, əlimdə qələm,Divanbəygilərə bir həcv deyəm.

Deyəm: bu əhmalın nədir səbəbi?Neçün işlədirsiz bu büləcəbi?

And veribdir sizə sərdari vala,Gərəkdir ki, etməyəsiz heç riya

Bir kəsin bir kəsdə gər həqqi ola,Yetirib həqqinə, tez salın yola.

Çünki nə müddəti ərzə vermişəm,Yüz dəfə özüm də ərz eyləmişəm.

Sən də ki, dönübsən Əmiraslana,Çıxmazsan oradan dəxi bir yana.

Gecədəndən bir zabusqa yeyərsən,Gəlib axşamdan dərdin deyərsən.

Mənim tək dərdinə olmaz bir çarə,Axşam yenə qayıdarsan biçarə.

Qərəz, həcvin qoymuş idim binasın,Qatam bir-birinə ədna-əlasın;

Bu barədə deyəm bir həcvi-məlih,Tamamını qılam vaqifi-qəbih.

Əsnayi-süxəndə oldum xəbərdarKim, bu təğafüldə özgə cəhət var;

Təqazayi-sevda yadıma düşdü,Əlaməti-qövğa yadıma düşdü.

Bildim ki, görən kəs o çeşmi-məsti,Həlqeyi-zülfünün olur pabəsti.

Dami-geysulərə giriftar olur,Kəsilib taqəti biqərar olur;

Mənzumi-müjəyə eyləsə nigah,Nizamdən düşər səfi-padişah.

O işvəvü o qəmzəyi-bibədəl,Əlbəttə ki, qatar divanə xəlal.

Türreyi-mişkinin olan əsiri,Harda görsə sərkub edər Nəsiri.

Valeh olan kimsə qaşları yayə,Qasimin qismətin atar dəryayə.

Mundan imiş belə təğafüli-kar,Zahirən ərzəmiz on ildə yatar;

Nə məlahət kanı işvədən düşər,Bizim kimilərin nə işi aşər.

Sən də dəxi eylə bu üzri qəbul,Divanbəyilərdən heç olma məlul!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire