At ili – muraz ili
Muraz ili murazıma baxdı kəm,Çoxlarını tale qoydu can üstə.Xəstə gördüm, sağalmazdı yarası,Zaman-zaman qalasıdı yan üstə.
Bəd nəfəsdən zəhərləndi hava, su,Baş apardı çox başların havası.Dava gedir – millət, qeyrət davası,Dava gedir – şöhrət üstə, şan üstə.
Hansı yağı qismətimi bölmədi?Hansı yağı ürəyimi dəlmədi?Mənim ilim at üstündə gəlmədi,Gəldi, qardaş, qırğın üstə, qan üstə!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-at-ili-muraz-ili
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Allah, Allah, bu bütün hansı könül xanəsidir?Hansı bir bəxtəvərin sevgili cananəsidir?
Bakı fəhlələrinəBu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Xacə HafizHafiz, ey mürşidi-sütudəsiyər!Hafiz, ey ustadi-şerü hünər!
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.