Bac verməz sultana, baş əyməz şaha,Sevinci son qoyar amana, aha.Qızıldan qiymətli, gövhərdən baha,Ən böyük var-dövlət insan qəlbidir.

Dünya sevda dolu bir həyat olsa,Eşqin ocaqları çataçat olsa,Qurduğun imarət yetmiş qat olsa,Ən böyük imarət insan qəlbidir.

Əl bir ziyarətdir, üz bir ziyarət,Qaş bir ziyarətdir, göz bir ziyarət,Dağ bir ziyarətdir, düz bir ziyarət,Ən böyük ziyarət insan qəlbidir.

2012Almaniya, Hannover

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise