Söz bizi çıxardır şahlıq taxtına,Saçar işığını Ay taxtımızda,Çapırdar atını belədən-belə,Allahın verdiyi pay taxtımızda.

Qədimdən qədimdi, uludan ulu,Dənizi dalğalı, çeşməsi sulu.Söz mənim bəyimdi, mən onun qulu,Qoy rahat əyləşsin bəy taxtımızda.

Gözümüz üstündə mehman əyləşib,Mehmana canımız qurban, əyləşib.Nə yaxşı söz adlı sultan əyləşib,Bizim könül adlı paytaxtımızda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring