Dünyada bir nəfər insan qalmasa,Demə, kim danışıb, kim dinəsidir.İnsanın dərdini danışmaq üçün,Qaya dillənəsi, qum dinəsidir.

Qat-qat bürünsə də dağlar dumana,Dərdini çatdırır zaman zamana.Qarğı neyə dönər, qamış kamana,Pərdə dil açası, sim dinəsidir.

Vaxt bir ovçudursa, ov olar insan,Vaxtın çaxmağında qov olar insan.Zamanın ovcunda ovular insan,Hər biri bir parça qum dənəsidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets