Arılar tər çiçəkləri,Pərvanələr şamı sevər.Piyalədi yar dodağı,Hər aşiq bir camı sevər.

Hərənin öz haqqı-sayı,Hərənin bir tale payı.Kimi uca bir sarayı,Kimi uçuq damı sevər.

Sevgidədir canlı-cansız,Ömür gödək, vaxt amansız.Hamını sevmək imkansız,Hərə bir adamı sevər.

2007, aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love