Ey qərib məmləkət,ey qürbət diyar,Demə, yollarımıazıb gəlmişəm.Alnıma nə yazıb,Allahım bilir,Mən öz dastanımıyazıb gəlmişəm.

Köküm, çiçəklərim,tağım ordadı,Mən burda xəstəyəm,sağım ordadı.Qayalı, bulaqlıdağım ordadı,Damlayam, qayadansızıb gəlmişəm.

Özün bil, özgəyəbildirmə məni,Ağlada-ağladagüldürmə məni.Sən Allah, qürbətdəöldürmə məni,Vətəndə qəbrimiqazıb gəlmişəm.

Almaniya, Münhen ürək xəstəxanası

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation