Məni
Ana torpaq, dağa döndər eşqimi,Yaylaq eylə, yamac eylə sən məni.Qanadından yaralanmış quşların,Ağrısına əlac eylə sən məni.
Ürək olub bu sevdaya düşənim,İstəmişəm dağa qalxım, döş enim.Çiçək olum, çəməninə döşənim,Ərişinə arğac eylə sən məni.
Gec yetirib, tez-tələsik itirmə,Yaz keçməmiş ömrə xəzan gətirmə.Bitirəndə tikan kimi bitirmə,Palıd kimi ağac eylə sən məni.
Ucalmağım – daş üstə daş qoymağım,Yaşamağım – anlamağım, duymağım.Ölməyimdir gözəllikdən doymağım,Gözəlliyə möhtac eylə sən məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-meni-2
Use ← → keys to move, R for a random poem
More by this author
Duyğular qəlbinə düşüb dən kimi,Sevgi çiçəkləri əkirdi bir qız.
Salam, yaşıl ağac!Sulusan, hələ ki, su var canında,Salam, yaşıl ağac, yaşılım ağac!
Mənim bu kölgədə bir xatirəm varSaxlaya bilirdim vaxtı, saatı,Yaşaya bilirdim ömrü, həyatı.
GetdiQaşlarına kim vurub bu paslanmış kilidi,Neçə açar salmışam, hamısı sındı getdi.
Poems by other poets · Nature and spring
که همچو بلبل مسکین از آن به درد و به داغم
Qəzəl: Təşnəyi-gülzari-dağı-laləzarəm, ah ahTəşnəyi-gülzari-dağı-laləzarəm, ah ah,Təxtəyi-məşqi-cünuni-nobaharəm, ah ah
گر دلم را اشتیاق روی یاران نیستیز آتش دل آب چشمم همچو باران نیستی
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.