Min şükür
Könlümün qubarına,Əlimin qabarına,Ruhumun, nəfəsiminSöz adlı nübarınaBu odu, bu nəfəsiVerdiyinə min şükür.
Sığalladı tül kimi,Oxşadı könül kimi.Qoxladı çiçək kimi,Dərdi zərif gül kimi.Nə yaxşı çiçək oldum,Dərdiyinə min şükür.
Yaradan dağa baxdı,Dumanı, çəni gördü.Boylandı gen düzlərə,Yamyaşıl zəmilərdəSünbülü, dəni gördü.Eşitmək istəyəndəBir şairin səsiniBirinci mənə baxdı,Birinci məni gördü.Şükür dedim, Allahım,Gördüyünə min şükür.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-min-sukur
Use ← → keys to move, R for a random poem
More by this author
Böyük şairlərin isti nəfəsi,Ürəyi isidir, qəlbi dindirir.
Ölmək şair üçün qorxulu deyilOd olub Günəşdə, Ayda yaşayar,Su olub dənizdə, çayda yaşayar,
Nolaydı, sən məni başa düşəydinYenə hisslərimin kövrək çağıdı,Düşüncəm qəlbimlə qəm ortağıdı.
Deyimlərİki ömür verilmir təbiətdə heç kəsə,Səadətdir bir ömrü şərəflə başa vurmaq.
Poems by other poets · Nature and spring
Bahar fəsli əskilməyirGüneylərdən lala, dağlar.
Müxəmməs: Eylədi yar dil ü dinimi viran axırEylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər