Nəğməsini, söhbətini, sözünü,El-obanın dodağında görmüşəm.Könüllərə axıb dolan eşqini“Xan qızının bulağı”nda görmüşəm.

Hər insana qismət olan şey deyil,“Ölürəm” de, ölməz yaşa dünyada.Ucalıqda, əzəmətdə, vüqarda,Dağlar ilə ver baş-başa dünyada.

Zaman əli neçə saray dağıdıb,Nə özülü, nə tavanı qalıbdı.Baxışda da, ürəkdə də, gözdə dəQarabağın Natəvanı qalıbdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland