“Nur” sözündən nurlanmasan,“Qor” sözündən qorlanmasan,“Bar” sözündən barlanmasan,Səndən dili bilən olmaz.

Ruhunda “Heyratı” yoxsa,Eşqin min bir qatı yoxsa,Dilində bayatı yoxsa,Səndən dili bilən olmaz.

Sözün yolu, izi nədir,Sehrləyən bizi nədir?Bilməsən ki, xəzinədir,Səndən dili bilən olmaz.

Dərd duymasan, ah bilməsən,Öz dilini şah bilməsən,Ananı Allah bilməsən,Səndən dili bilən olmaz.

Qanında bir səylik varsa,Canında bir keylik varsa,Ruhunda ögeylik varsa,Səndən dili bilən olmaz.

Nə bir qəlbin alovusan,Nə bir çaxmağın qovusan,Özgə dillərin ovusan,Səndən dili bilən olmaz.

Bir qəlbin min gülüstanı,Bir ömrün neçə dastanı.Duymasan “Şəbi-hicran”ı1,Səndən dili bilən olmaz.

O, Sabirin rübabıdı,O, Cəlilin əzabıdı.O, “Anamın kitabı”dıSəndən dili bilən olmaz.

Yada doğma, yaxına yad,Dilim səndən dad çəkər, dad.Yatmısan, ey dadi-bidad,Səndən dili bilən olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets