Su içməyə gələn qız,İç, halal xoşun olsun.Burda növbə sənindi,Keç, halal xoşun olsun.

Bir alışan can durur,Durur, beyni qan durur.Sevən bir oğlan durur,Seç, halal xoşun olsun.

Su varsa, içməlisən,Yarını seçməlisən,Bir qəlbə köçməlisən,Köç, halal xoşun olsun.

2005, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets