Suallar... suallar
Niyə büdrədi, yıxıldı,Niyə çox yandı-yaxıldı,Filankəs niyə paxıldı? —Allah bilən məsləhətdi.
Üstündəki o yun nədi,Quzu nədi, qoyun nədi,Bu qurulan oyun nədi? —Allah bilən məsləhətdi.
Kim öz içinə qısıldı,Kim asdırdı, kim asıldı,Pəhləvan niyə basıldı? —Allah bilən məsləhətdi.
Kim hürəndi, kim ulayan,Kimdi bu quyruq bulayan,Kimlərdi meydan sulayan? —Allah bilən məsləhətdi.
Niyə çürüyür kökümüz,Niyə tərpənmir tükümüz,Niyə ağırdı yükümüz? —Allah bilən məsləhətdi.
Niyə gözdən axır yaşlar,Niyə göydən yağır daşlar,Niyə kəsmir bu savaşlar? —Allah bilən məsləhətdi.
Səhralıqdı, çəmənlikdi,Kim unluqdu, kim dənlikdi,Nə sənlikdi, nə mənlikdi, —Allah bilən məsləhətdi.
Çoxunu vurub dişinə,Çoxunu qatıb döşünə,Qarışma onun işinə, —Allah bilən məsləhətdi.
Sevinc bilməz ah biləni,Nökər duymaz şah biləni,Kim bilər Allah biləni? —Allah bilən məsləhətdi.
2005, iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-suallar-suallar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
LaqeydlikBəli, cəzası var hər cinayətin,Laqeydlik dünyanın ən böyük dərdi,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.