Uğura çıxanda insan övladıZiyarət dalınca ziyarət gələr.Uçar qanadında incə ruhların,Hər heyrət dalınca bir heyrət gələr.Bayburtda baş vurdum Dədəm Qorquda,“Mən sənin dadına yetənəm”, – dedi.Çatdım Yəsəvidə Xoca Əhmədə,“Türkün varlığına vətənəm”, – dedi.Qoca Mövlananın Şəmsinə döndüm,“Eşqinlə bülbültək ötənəm”, – dedi.İllərlə Yunusun izinə düşdüm,“Köksündə gül kimi bitənəm”, – dedi.Üz sürtdüm daşına Hacı Bəktaşın,Mənə də Yunustək buğda ver, – dedim.“Götür bu dərgahın bərəkətindən,Bir zəmi, bir sünbül, bir dənəm”, – dedi.Səfərə çıxanda insan övladıYollar varlığına hopur qayıdır.Nə ki arzuları, diləkləri var,Yoğurur qayıdır, yapır qayıdır.Təzədən doğulur bu dünya üçün,Dünyanı qəlbində tapır qayıdır.

Bayburt, 2009, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring