Yaratdı
Əllərimin içindədir gözümün yaşı,Tanrı məni yaradanda kövrək yaratdı.Dərdə yuva, qəmə beşik, həsrətə məskən,Sinəm altda bir narahat ürək yaratdı.
Mən dünyanın dəmindən çox qəmini gördüm,Mən taleyin neçə bəxti kəmini gördüm,Kirpiyimdə neçə yasın nəmini gördüm,Baxışımda çən yaratdı, çisək yaratdı.
Ağrıları, acıları qat-qat eylədi,Gah yandırdı, gah dondurdu, gah mat eylədi.Qardaş, mənə neylədisə həyat eylədi,Baxışımda od yaratdı, şimşək yaratdı.
Dönəmmədim bu yollarda bərkə, mətinə,Yağış oydu, dolu döydü, düşdüm çətinə.Mən nə deyim təbiətin bu qismətinə,Məni qaya yaratmadı, çiçək yaratdı.
Küsmüşəmsə, necə deyim barışammaram,Tanrı olub tanrılarla yarışammaram,Mən Allahın işlərinə qarışammaram,Nə qurdusa Allah qurdu, fələk yaratdıl
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yaratdi
Use ← → keys to move, R for a random poem
More by this author
Arzusu tükənməz şair könlümün,İldə min tərəfə min səfəri var.
Pekində görüş7 mart. Doludur könlüm maraqla,Coşan vədəsidir damarda qanın.
DoğularBöyük Şəhriyarımızın öz səsiylə yana-yana oxuduğu yanğılı*misraları çox dinləmişəm. Tanrının əlinin boş, könlünün xoş vax -*
Təbriz, xoş gördük səniRuhumu çəmən kimi yoluna sərməliydim,Çiçəyini qoxlayıb, gülünü dərməliydim.
Poems by other poets · Divine love
Sürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Böyük revolyusiyaÜç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Əcəb bilsəm bəni şeyda qılan kimƏcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?