Məni bağışlayın...
Dolduqca insan yaşa,Keçdikcə illər, aylar,Sanki ötən günləriOnu səslər, haraylar.
Yaxşı işi yad eylərİnsan, üzü ağ olar.Yaman işlər qövr edib,Ürəyində dağ olar.
Yaman işlər...Mənim dəOlub yaxşım, yamanım.Bağışlayın siz məni,Sizə gəlir gümanım;Sapandla daş atdığım,Yuxudan oyatdığım,Döşünü qanatdığım,Nəğməli, səsli quşlar,Gözəl nəfəsli quşlar,Bağışlayın siz məni!
Ölkəmi oymaq-oymaqDolaşmışam, gəzmişəm.Çəmənliyə düşəndə,Göy otları əzmişəm.Çiçəkləri, gülləri,Əl uzadıb üzmüşəm.Sizdən bir xahişim var.
Ey üzdüyüm çiçəklər,Tapdadığım göy otlar,Bağışlayın siz məni!
Bahar üzə güləndə,Çölə, düzə güləndə,Hər yan ürək açanda,Kəpənəklər uçanda,Çox qovub incitmişəmTutub, candan etmişəm.Ey xallı kəpənəklər,Zavallı kəpənəklər,Bağışlayın siz məni!
Müəllimim çox olmuş,Hamısını sevmişəm.İndi də bax, onları,Yad eyləməkdir peşəm...
Rast gəlirəm ara-birBəzisinə küçədə.Bəzisi güclə gəzir,Qocalıbdır necə də...
Qoluna da girirəmKeçən zaman küçəni,Deyir – oğul, çox sağ ol,Diyən incitdim səni.
Gülümsəyir ötəriƏsir əli, ayağı.Yenə də qarşısındaMən bir uşaq sayağıDayanıram, dururam,Boynumu da bururam.
Baxır mənə bu qoca,Deyir: – xoşbəxt olasan,Oğul, dünya durunca.
Tanımayır o məniYəqin tamam unutmuş.
Nə bilsin ki, sinifdəMən idim uçuran quş?Nə bilsin ki...... Bir səhərQar altındaydı şəhər.Məktəb yolu enişdi,Xizəklər işə düşdü.Uşaqlar nə sürüşdü,Uşaqlar nə sürüşdü!Sürüşdükcə qar dönübAyaq altda buz oldu.Məktəb yolu elə bil,Şüşə kimi düz oldu.Belə görəndə buzu,Yaman sevindik düzü.Yoldan keçən bilməsin –Deyə bu hiyləmizi,Dedik qar səpək yola,Qoy itsin buzun izi.Buz üstə səpdik qarıTez çəkildik kənara,Gizlənib göz yetirdikYol keçən adamlara:Biri sürüşdü keçdi,Biri mayallaq aşdı,Biri yerə oturdu,Ayaqları dolaşdı.
Sürüşdükcə adamlar,Yıxıldıqca adamlar,Biz gülürdük o ki var...Sonra... çox yaman oldu.Elə bil ki, bir andaHər tərəf duman oldu.Nə edəydim gecdi, gec?!Qışqıra bilmədim heç.Kilidləndi dodağım,Tərpənmədi ayağım.Gözümü açan zamanGördüm müəllimimdirBuz üstündə uzananBaşında qan izi var,Qar kimi bənizi var.Göz açıb baxa bilmir,Yerindən qalxa bilmir.Tez başını sardılar,Qaldırıb, apardılar.Çox deyindi adamlar:– Heç belə də iş olar?
Bilmirik nə oyundur,Bilmirik nə peşədir?Buz elə bil şüşədir.Kim eləyib, bunu kim?
Üzümdə qəm,Gözümdə nəm,DolanıramKüçəni.
GətirirəmXəyalımaBir-biri olubKeçəni.
Niyə çıxdıƏllərimdən.Bu dəcəllik;Bu xəta?
Görən həkimQaytararmıOnu bir dəHəyata?
Keçir-gedirƏtrafımdanQatar-qatarAdamlar.
Heç kəs bilmirÜrəyiminDağlar boydaDərdi var.
GözləriminQarşısındaNə adamlarNə küçə...
Qar üstündəBaşı qanlıMüəllimdirİndicə.
Hara getsəmTutur sankiYaxamdan özGünahım.
Sakit etmirÜrəyimiNə göz yaşım,Nə ahım.
Bəlkə öldü,SağalmadıBu yaradanMüəllim?
Bəlkə indiDeyir, gülür,Yaxşılaşır,Nə bilim?
Bəlkə dönəBilməyəcəkO məktəbəHeç vədə...
Min cür fikirDara çəkir,Boğur məniGet-gedə.
Günlər bir-bir ötüşdü,Bir ay başa yetişdi.Uşaqlar ara-sıraMüəllimə dəydilər.(Halım necə olardıSirrimi bilsəydilər?
Bir gün mən də qoşuldumOnların cərgəsinə,Mən də qoşdum səsimiOnların şən səsinə.
Dərsdən sonra yığışdıqƏlimizdə gül-çiçək,Xəstə müəllimgiləGetdik, ona baş çəkək.
Getdik... amma bilmədimYolu necə getmişəm.Getdik deyə bilmədimAmma “günah etmişəm...”
Müəllim görən kimiYaman güldü gözləri,İndi də yadımdadırXoş sifəti, sözləri.
Dedi: – Oğul, keç əyləş,Xoş gəlmisən sən bizə.Sonra dedi: – uşaqlarÇöldə qar çıxıb dizə,
Ehtiyatla gedin haQarın altı buz olar...Eşidincə bu sözü,Əzab çəkdim o ki var...
İndi məni tanımır,Unutmuşdur bu qoca.Yenə məni tər basırQarşısında durunca.
İstəyirəm dil açım,Tanıtdırım özümü.Qəhər boğur, qoymayırSöyləməyə sözümü.
İstəyirəm deyim ki,Məndim düzəldən buzu...Qoca deyir: – ay oğul,Qoy olsun ömrün uzun!
İstəyirəm yalvarım,Qarşısında çöküm diz,Deyim: ey əziz insan,Günahımdan keçiniz.İtirirəm özümü,Qəhər boğur, qoymayır,Söyləməyə sözümü.
İndi dolmuşam yaşaKeçənlərə çatmır əl.Yoxdur mənə baş qoşan,Töhmət edən “ay dəcəl!”
Amma yaxşı olardıKiçiləydim bir də mən,Dönə-dönə öpəydimMüəllimin əlindən
Əzabımı bilərdiGöz yaşımdan, ahımdan,Bağışlardı o məni,Keçərdi günahımdan.
Gəlsə indi əlimdən,Kiçilərdim bir də mən,Hər ağacın, hər kolun,Keşiyində durardım.Çox heyvana, çox quşa,Özüm yuva qurardım.
Gəlsə idi əlimdənKiçilərdim bir də mən,Xoş bir bahar günündəDiz çökərdim bu gözəlTəbiətin önündə,İnsanların önündə,Deyərdim: – günahlarımOlmuş, əgər şübhəsiz,Bağışlayın, məni siz!Bağışlayın, məni siz!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-meni-bagislayin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,