Yazmazdım
Məni qınayırsan, deyirsən yetər,Bəsdir gözəlləri qələmə aldın.Getdi cavanlığın, getdi o illər,Artıq yaşa doldun, artıq qocaldın.
Düzdür, gənc demirlər daha Zeynala,Qoca da deyiləm, əslinə baxsan.Gözəllər göstərim sənə, az qalaYaş nədir, adını unudacaqsan!
Bax, ürək açılır, tamaşa et, gəl!Bizi heyran qoyur ana təbiət.Gözəl yaratmaqdan o çəksəydi əl,Mən də gözəllərə yazmazdım əlbət.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-yazmazdim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qəmi-hicrində bimarəm mən, ey dost!Zəlilu acizu zarəm mən, ey dost!
DünyadaVarlıya dost olub, kasıba gülmə,Çox da havalanıb, coşma dünyada.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.