Yaltada gecə yarıEyvandan aya baxdım,Nəvəm, Vildanım mənim!O da sənin kimiydi:Qar toputək, yupyumru,Həyatım, canım mənim!Ay gəzdikcə buludda;Tıppır-tıppır gəlişin,İncə-mincə gülüşünDüşdü mənim yadıma.Sanki nər gücü gəldiBu dəm hər qanadıma,Şöhrətim-şanım mənim!

Sən körpəsən... BilməzsənBunun sirrini əlbət.Sənə bəlli deyildirNəvədəki şirinlik,Babadakı məhəbbət!..İllər ötüb keçəcək...Böyüyüb zaman-zamanDolacaqsan sən yaşa.Ucaboylu,Gursaçlı...Səni görüb hər oğlanEdəcəkdir tamaşa,Nəvəm, Vildanım mənim!

Amma həyat, a quzum,Bir kasa şərbət deyil –Qaşıq-qaşıq içəsən.Hazır körpü də deyil –Üstündən harın-harın,Səhər-axşam keçəsən...Şərbəti özün düzəlt,Körpünü də özün sal,Bir şirin nəğmə olubHəmişə dillərdə qal!..Yox, unutma, dünyadaGül də var, çiçək də var.Tikan da var, a bala!Tikan olub heç zamanBatma sən ayaqlara.Sən çiçək ol,Sən gül ol.Ətrini saç, zinət verBağçalara, bağlara...Bu dünyadan, həyatdanTəkcə səfa umma sən;Çünki dostdan-aşnadanCəfa da görəcəksən!..Sən ildırım gülüşlü,Kür axarlı bir qız ol,Dostunla dostluq eylə,Düşmənə amansız ol,Nəvəm, Vildanım mənim!Mən də belə yaşadımİnan, ömrün uzunu,Saxla yadında bunu;Dayağın zəhmət olsun,Bir də bu doğma torpaq.Qızım, əgər büdrəsənPisə də, yaxşıya daAğlının gözüylə bax!..Vaxt gələcək, bir zamanAna da olacaqsan,Sədaqətli,Namuslu...Dönüb qoca palıdaUşağının üstünəKölgə də salacaqsan,Nəvəm, Vildanım mənim!..Sabah həyat, bu dünya,Daha gözəl olacaq.Vəfa, hörmət artacaqDostluqda, məhəbbətdə.Gül-çiçək çox, tikan azOlacaq cəmiyyətdə.Axmayacaq nahaq qan.Bugünkündən kamallı,Bugünkündən daha safOlacaqdır bu insan!Odur ki, sən,İndidənAddımını möhkəm at,Səninkidir bu dünya,Səninkidir bu həyat,Nəvəm, Vildanım mənim!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets