Ağa Baqir Şirvani
Şair · XVIII əsr
- Azərbaycanca (ərəb əlifbası)
Ağa Baqir Şirvani — hicri XII (miladi XVIII) əsr Azərbaycan şairi. Şirvanda doğulub, şeirlərini öz adı olan «Baqir» təxəllüsü ilə yazıb.
Gənc yaşlarında Nəsimiyə pərvəriş edib, bir müxəmməsi Nəsiminin qəzəlinə nəzirədir. Salman Mümtazın yazdığına görə, Didə, Fateh və Qasım bəy Zakir onun təsirində olublar; onun «Yavaş-yavaş» rədifli qəzəlinə nəzirələr yazıblar. Şeirlərini Salman Mümtaz toplayıb 1928-ci ildə «Azərbaycan ədəbiyyatı» silsiləsinin 15-ci kitabı kimi nəşr etdirib.