Kitabxana.az-ı oxumaq üçün hesab lazım deyil. Hesab yalnız kitabları rəfinizə qoymaq, siyahılar tutmaq, oxuduqlarınızı işarələmək və qaldığınız yerdən davam etmək üçündür.

Nə saxlayırıq

  • E-poçt ünvanınız — daxil olmaq üçün. Google ilə daxil olsanız, Google-dan həm də adınızı və profil şəklinizi alırıq.
  • Rəfiniz — saxladığınız əsərlər, kitablar və müəlliflər, siyahılarınız, oxunmuş işarələri və hər əsərdə qaldığınız yer.
  • Giriş sessiyası — brauzerinizdə yalnız daxil olduqdan sonra qoyulan bir kuki və onun serverdəki qeydi (vaxtı və brauzerin adı), 90 gün etibarlıdır.

Parol saxlamırıq: giriş Google ilə və ya e-poçtla göndərilən birdəfəlik kodla olur. Kod 10 dəqiqə etibarlıdır.

Nə etmirik

Reklam, izləmə və ya analitika kukiləri yoxdur. Məlumatınızı heç kimə satmır və ötürmürük. Giriş kodları Resend xidməti ilə göndərilir; Google ilə girişdə Google sizin daxil olduğunuzu təsdiqləyir.

Hesabı silmək

Rəfinizdə Ayarlar → Hesabı birdəfəlik sil düyməsi hesabınızı və onunla bağlı bütün məlumatları (rəf, siyahılar, oxu yerləri, sessiyalar) dərhal və geri qaytarılmadan silir.

Suallarınız varsa, əlaqə səhifəsindən yazın.