Bahar Şirvani
1834 — 1883 · Şair · XIX əsr
- Azərbaycanca (ərəb əlifbası)
- Farsca
Mirzə Nəsrullah Bahar — Şamaxılı şair.XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olub. O, Azərbaycan, fars və ərəb dillərində təhsil almış, Şərq ölkələrinə səyahət etmiş, bir müddət Hindistanda yaşamış və Tehranda təbabətlə məşğul olmuşdur. Lirik şeirləri ilə tanınaraq Nəsrəddin şahın sarayında "məlik üş-şüəra" (şairlərin başçısı) adına layiq görülmüşdür. Onun Azərbaycan dilində yazdığı "Qəzəliyyat" və "Nərgiz və gül" məsnəvisi, fars dilində isə "Divani-qəsaid və qəzəliyyat", "Töhfətül-İraqeyn" əsərləri bədii irsinin əsas nümunələrindəndir.
O, dini mövhumat və cəhalətə qarşı çıxmış, ictimai məclislərdə tənqidi nitqlərlə çıxış edərək cəmiyyətin maariflənməsinə çağırış etmişdir. Bu səbəbdən yerli din xadimləri və ictimai dairələr tərəfindən tənqidə məruz qalmış və nəticədə Şamaxını tərk etmişdir. Bəzi mənbələrə görə şair bir müddət Şərq ölkələrinə səyahət etmiş, Hindistanda yaşamış, hind şairləri ilə yaxından tanış olmuş, çoxsaylı şeirlər yazmışdır. 1858-ci ildə isə Hindistanı tərk edərək Tehrana gəlmişdir.