Balaş Azəroğlu

1921 — 2011 · Şair · XX əsr

  • Azərbaycanca

Balaş Azəroğlu və ya Balaş Abızadə — Azərbaycan şairi, dramaturq, ədəbiyyatşünas və tərcüməçi. Azərbaycan SSR xalq şairi və 21 Azər hərəkatının iştirakçısı.

Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Milli Məclisinin deputatı, "Cövdət" qəzetinin redaktoru, Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini və "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü olub. AMH dağıldıqdan sonra Bakıya köçüb.