Bayraməli Abbaszadə
1869 — 1926 · Şair · XIX-XX əsr
- Azərbaycanca (ərəb əlifbası)
Abbaszadə Bayraməli Abbas oğlu — görkəmli mollanəsrəddinçi şair, "Qızıl qələmlər" ədəbi cəmiyyətinin üzvü (1919).
1909-cu ilin aprelində təqib edildiyindən yenidən Bakıya qayıtmış, ömrünün axırınadək burada İçəri şəhərdə yaşamışdır. "Tazə həyat", "İttifaq", "Zənbur", "Səda", "Məzəli", "Məşəl", 1920-ci ildən sonra isə "Kommunist", "Yeni yol", "Yeni fikir", "Kəndçi qəzetəsi", "Molla Nəsrəddin" səhifələrində "Hambal", "Rəncbər-hambal", "Hambal Azərbaycani", "Hambali-Gülzari Sərabi", "Bayraməli Abbaszadə Hambal" və b. imzalar ilə əsərlərini çap etdirmişdir. Ədəbi dərnəklərdə fəal çalışmışdır. "Qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Zəngin ədəbi irs yaratmışdır. 1926-cı il iyunun 4-də uzun xəstəlikdən sonra Bakıda vəfat etmiş, köhnə Əhmədli qəbiristanlığında dəfn olunmuşdur. 1970-ci ilin payızında Azərbaycanda şairin anadan olmasının 100 illik yubileyi təntənə ilə keçirilmişdir. Tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Tufanlardan keçən ömür" (Bakı, "Sabah", 1995,132 səh.) monoqrafiyasını görkəmli Mollanəsrəddinçi şair, hürriyyət fədaisi Bayraməli Abbaszadənin həyat və yaradıcılığına həsr etmişdir.