Əhməd Cavad
1892 — 1937 · Şair · XX əsr
- Azərbaycanca
- Azərbaycanca (ərəb əlifbası)
Əhməd Cavad (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930–1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Azərbaycan Respublikasının rəsmi dövlət himninin sözlərinin müəllifi.