Əhməd bəy Ağaoğlu

1869 — 1939 · Yazıçı · XIX-XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkir, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi.

Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetindəm məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq, "İrşad", "Tərəqqi", "Proqres", "Tərcümani-həqiqət", "Hakimiyyəti-milliyyə", "Axın" qəzetlərinə baş redaktorluq edib.

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət