Əli Vəliyev
1901 — 1983 · Yazıçı · XX əsr
- Azərbaycanca
Əli Qara oğlu Vəliyev — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1937), Azərbaycan SSR xalq yazıçısı (1974), M.F.Axundov adına mükafat laureatı (1958).
1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur.
Əsərləri. Azərbaycan Milli Kitabxanasının elektron oxu zalında: kitab 8214, kitab 8251, kitab 8253.