Fələki Şirvani

1107 — 1146 · Şair · XII əsr

  • Farsca

Dövrünün bir sıra tarixi fakt və hadisələrini özündə əks etdirməsi ilə həm də tarixi mənbə kimi böyük əhəmiyyətə malik olan Fələki Şirvaninin poeziyasının ideya-fəlsəfi axtarışlarına ictimai-tarixi hadisələrdən doğan dövranın cövr-cəfasından şikayət və haqsızlıqlara qarşı etiraz motivləri də qarışır. Bu hal onun "Həbsiyyə" silsiləsinə daxil olan və həmin ad altında yazdığı şeirlərdə daha qabarıq nəzərə çarpır.

Dərdimə kimsə mədədkar deyil,
Nə edim bəxt mənə yar deyil.
Öldürüb səbrü intizar məni,
Bəs nədir çarəm intizar deyil?

Mənbə: Vikipediya — «Fələki Şirvani» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət