Hacı Kərim Sanılı
1878 — 1937 · Şair · XIX-XX əsr
- Azərbaycanca (ərəb əlifbası)
Hacı Kərim Sanıyev (tam adı: Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.
İstintaq-sorğu protokollarından məlum olur ki, istər çarizm dövründə, istər Cümhuriyyət zamanında, istərsə də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Hacı Kərim Sanılı xalqının azadlığı, vətəninin müstəqilliyi, millətinin savadlanması uğrunda mübarizələrdə fəal iştirakını təsdiq etmişdir. Hacı Kərim Sanılıya zindanda çox əzab verilirdi. O, NKVD zirzəmisində gündə bir neçə dəfə döyülüb təhqir olunurdu. Ədib həbs olunarkən Azərbaycan Yazıçıları İttifaqı bu məsələyə münasibətini bildirir. Həmin fikirləri 9 iyun 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap etmişdir: