Kərəm
Şair
- Azərbaycanca (ərəb əlifbası)
Kərəm — «Əsli və Kərəm» dastanının qəhrəmanı, aşiq-şair. Xalq arasında onun adı ilə çoxlu qoşma və gəraylı yaşayır; dastana görə Ziyad xanın oğlu olub, erməni keşişin qızı Əslini sevib, onun dalınca diyar-diyar gəzib. Salman Mümtaz 1927-ci ildə çap etdirdiyi «El şairləri» toplusunun birinci cildində Kərəmin adı ilə dörd şeir verib.