Mədinə Gülgün

1926 — 1991 · Şair · XX əsr

  • Azərbaycanca

Mədinə Gülgün və ya Mədinə Ələkbərzadə — Azərbaycan şairəsi, SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

"Ziddi-faşist" təşkilatının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. "21 Azər" hərəkatında iştirak edib. İlk şeirləri "Xavəre-nou", "Vətən Yolunda" və "Azərbaycan" qəzetlərində yayımlanıb*.* Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində və Təbriz Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.