Məhəmməd Əmani
1536 — 1610 · Şair · XVI-XVII əsr
- Azərbaycanca (ərəb əlifbası)
Məhəmməd Əmani — XVI əsrin ikinci yarısı — XVII əsrin əvvəllərində yaşamış azərbaycanlı şair.
Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası ənənələrini davam etdirirdilər. Məhəmməd Əmani Məhəmməd Füzulinin ədəbi məktəbinin davamçılarındandır. Əmani lirikasının bir sıra xüsusiyyətləri Azərbaycan ədəbiyyatı tarixində ona qiymətli mövqe qazandırmışdır. Şairin bədii irsi onun yazıb-yaratdığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatını, ədəbi-mədəni mühitini öyrənmək üçün müəyyən imkanlar yaradır. İctimai həyata aktiv münasibət, dilin sadəliyi, ifadə tərzinin aydınlığı onun qəzəllərinin əsas səciyyəsini təşkil edir.