Məmməd Rahim

1907 — 1977 · Şair · XX əsr

  • Azərbaycanca

Məmməd Rahim Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Ermənistan SSR əməkdar mədəniyyət xadimi (1970), Stalin mükafatı laureatı (1949).

  1. Arzular (şeirlər). Bakı: Azərnəşr, 1930, 72 səh.
  2. İkinci kitab (şeirlər). Bakı: Azərnəşr, 1933, 84 səh.
  3. Partizanın tüfəngi (şeirlər). Bakı: Azərnəşr, 1937, 26 səh.
  4. İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1939, 14 səh.
  5. Nübar. Bakı: Azərnəşr, 1939, 196 səh.
  6. Arzu qız. Bakı: Uşaqgəncnəşr, 1940, 28 səh.
  7. Vətən sevgisi. Bakı: Azərnəşr, 1942, 37 səh.
  8. Səhərin nəğməsi. Bakı: Azərnəşr, 1943, 60 səh.
  9. Onu Don qucaqladı. Bakı: Azərnəşr, 1943, 10 səh.
  10. Ölməz qəhrəman. Bakı: Azərnəşr, 1946, 40 səh.
  11. Xəzər sahilində. Bakı: Azərnəşr, 1948, 282 səh.
  12. Leninqrad göylərində. Bakı: Uşaqgəncnəşr, 1949, 40 səh.
  13. İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
  14. Abşeron torpağında. Bakı: Azərnəşr, 1952, 110 səh.
  15. Sevgi (şeirlər). Bakı: Azərnəşr, 1954, 216 səh.
  16. Balaca bağbanlar. Bakı: Uşaqgəncnəşr, 1955, 36 səh.
  17. Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1955, 316 səh.
  18. Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1957, 416 səh.
  19. Məhəbbətin baharı. Bakı: Azərnəşr, 1957, 196 səh.
  20. Şeirlər və poemalar (şairin kitabxanası). Bakı: Azərnəşr, 1960, 328 səh.
  21. Arzular gül açanda. Bakı: Azərnəşr, 1965, 389 səh.
  22. Seçilmiş əsərləri (üç cilddə). Bakı: 407 səh.
  23. Seçilmiş əsərləri (üç cilddə). Bakı: 390 səh.
  24. Tonqal başında (şeirlər və poemalar). Bakı: Gənclik, 1968, 39 səh.
  25. Leninqrad göylərində. Bakı: Gənclik, 1975, 57 səh.
  26. Dayağım (şeirlər). Bakı: Gənclik, 1971, 153 səh.
  27. Limon və çay. Bakı: Gənclik, 1972, 12 səh.
  28. Məhəbbət dastanı (şeirlər və poemalar). Bakı: Azərnəşr, 1974, 260 səh.
  29. Seçilmiş əsərləri (üç cilddə). III c. Bakı: Yazıçı, 1978, 264 səh.
  30. Seçilmiş əsərləri (üç cilddə). I c. Bakı: Azərnəşr, 1988, 263 səh.

Mənbə: Vikipediya — «Məmməd Rahim» · CC BY-SA 4.0