Mir Mehdi Xəzani
1819 — 1894 · Yazıçı · XIX əsr
- Azərbaycanca (ərəb əlifbası)
Mirməhsəti Haşımzadə — tarixçi, şair.
Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı.
Mir Mehdi tarixçi idi. Onun yaradıcılığında ən əsas yeri onun "Kitabi-tarixi-Qarabağ" tutur. Müəllif özünün müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarix"lərindən əlavə "təvarixi-qədimlər"dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə "xalis türki" (Azərbaycan) dilində yazmışdır. əsər müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir.