Mirzə İbrahimov
1911 — 1993 · Yazıçı · XX əsr
- Azərbaycanca
Mirzə İbrahimov — Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Xalq yazıçısı (1961), "Stalin" mükafatı laureatı (1951), Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958), Azərbaycan SSR maarif komissarı və naziri (1942–1947), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1948–1954), birinci katibi (1965–1976, 1981–1986), 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), Azərbaycan SSR Ali Sovetinin (3–4-cü, 6–7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989).
1935–1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M. İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət İşləri idarəsinin rəisi işləmişdir.
Əsərləri. Azərbaycan Milli Kitabxanasının elektron oxu zalında: kitab 8483, kitab 8639, kitab 8643, kitab 8981.