Mirzə Rəhim Fəna
1844 — 1931 · Şair · XIX-XX əsr
- Azərbaycanca (ərəb əlifbası)
Mirzə Rəhim Fəna — Azərbaycanın tanınmış şairi va ictimai xadimlərindən biri.
Rəhim bəy Fəna Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanin yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyati" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyi-Nəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarix və ədəbiyyata böyük marağı olan Mirzə Rəhim Fəna "Tarixi-cədidi Qarabağ" adlı əsər qələmə almışdır. Şuşa qəza rəisi Dubrovski Mirzə Rəhimin qardaşı Mirzə Kərimi vəzifəsindən azad etmişdir.