Məhəmmədhüseyn xan Müştaq
ö. 1780 · Şair · XVIII əsr
- Azərbaycanca (ərəb əlifbası)
- Farsca
Məhəmməd Hüseyn xan Müştaq — şair, Şəki xanı (1759–1780).
1759-cu ildə Qazıqumuq hakimi Məhəmməd xan Şəkiyə hücum edib Ağakişi xanı öldürdü. Özü xanlıq etməyə başladı. Hacı Çələbi xanın nəvəsi, Həsən ağanın oğlu Hüseyn xan Məhəmməd xana qarşı üsyan qaldırıb, Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşiri köməyə çağırdı. Pənahəli xan Hüseyn xanın xahişinə müsbət cavab verərək qoşunla Şəkiyə daxil oldu. Məhəmməd xan ilk toqquşmada məğlub olub Dağıstana qaçdı.
Mənbə: Vikipediya — «Məhəmmədhüseyn xan Müştaq» · CC BY-SA 4.0