Nitqi Şirvani

ö. ~1600 · Şair · XVI əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Nitqi Şirvani — hicri X (miladi XVI) əsr Azərbaycan şairi, qəzəl ustası.

Şirvanlıdır. Şəmsəddin Saminin «Qamusül-əlam»ında yazılana görə, Sultan III Muradın dövründə İstanbula gəlib, qissəxanlıqda ad çıxarıb, Osmanlı əyanlarının hörmətini qazanıb və padşahın müsahibi olub. Salman Mümtaz onun Şirvanı Osmanlı–Səfəvi müharibələri zamanı tərk etdiyini güman edir. Şeirlərində Nəsimi, Xətai, Füzuli, Bəsiri və başqa qədim Azərbaycan şairlərinin təsiri görünür. Böyük divanından yalnız bir neçə qəzəli qalıb. Təxminən hicri 1003–1010 (1595–1602) illərində vəfat edib.

Qəzəllərini Salman Mümtaz toplayıb 1925-ci ildə «Azərbaycan ədəbiyyatı» silsiləsində nəşr etdirib.

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət