Nüsrət Kəsəmənli
Şair · XX əsr
- Azərbaycanca
Nüsrət Kəsəmənli (Nüsrət Yusif oğlu Kəsəmənli; ) — azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982).
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 400-dən artıq şerinə musiqi bəstələnmişdir. "Yaddan çıxmaz Qarabağ" poemasının müəllifidir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Bir orden və iki medalla təltif edilmişdir