Qövsi Təbrizi
1568 — 1640 · Şair · XVI-XVII əsr
- Azərbaycanca (ərəb əlifbası)
- Farsca
Əlican İsmayıl oğlu Qövsi Təbrizi — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir.
Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir.