Qulamrza Səbri Təbrizi
~1934 — 2020 · Şair · XX-XXI əsr
- Azərbaycanca
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin təklifi ilə seçilmiş Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası sədrinin birinci müavini.
Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır.