İsmayıl bəy Qutqaşınlı

1806 — 1861 · Yazıçı · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Qutqaşınlı İsmayıl bəy Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı və Rusiya İmperiyasının hərbi xadimi, Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı.

Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı. Nəsrullah sultan Çar Rusiyasına etibar etmirdi. Bu inamsızlıq qarşılıqlı idi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. Qutqaşınşünaslığın banisi Salman Mümtaz "Rəşid bəy və Səadət xanım" hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı" məqləsində yazırdı: "Özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayıb aciz və fərsiz zənn etdiyi kiçik yaşlı İsmayıldan çarnaçaq əl-çəkməyə məcbur oldu.Fərsiz nəzərə gələn İsmayıl təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli igid oldu ki,əqill və bacarıqlı sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar"

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət