Məhəmməd ağa Şahtaxtlı
1846 — 1931 · Yazıçı · XIX-XX əsr
- Azərbaycanca (ərəb əlifbası)
Məhəmməd ağa Şahtaxtinski və ya Məhəmməd ağa Şahtaxtlı — Azərbaycan publisisti, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı Dövlət Universitetinin professoru (1920), Rusiya İmperiyasının II Dövlət Dumasının deputatı, müsəlman fraksiyasının üzvü.
Araz sahilində yerləşən Şahtaxtı kəndi özünün adlı-sanlı adamları ilə tanınmışdır. Bu kənd İsa Sultan, Əbülfət ağa, Həmid bəy, Heydər bəy, Sadıq ağa, Behbud ağa, Baxşəli bəy Şaxtaxtinskilər kimi siyasi, hərbi və maarif xadimlərinin Vətəni olmuşdur. Məhəmməd ağanın ata babası Ağagir ağa Qacarlar hakimiyyəti vaxtında bəylik rütbəsi qazanmış varlı əyanlardan biri idi. Ədibin atası Məhəmmədtağı Şahtaxtlı isə bu nəsil arasında ilk dəfə olaraq sultan rütbəsi və "Şahtaxtinski" titul hüququ qazanmışdır. Sonradan bu fəxri bir ad kimi irsən ailə üzvlərinə də keçmişdir.
Mənbə: Vikipediya — «Məhəmməd ağa Şahtaxtinski» · CC BY-SA 4.0