Sam Mirzə

~1518 — 1567 · Şair · XVI əsr

  • Farsca

Sam mirzə Şah İsmayıl oğlu Səfəvi — Şah I İsmayılın üçüncü oğlu olan Səfəvi şahzadəsi və şair. O, Tohfa-ye Sami ("Samın Töhfəsi") adlı əsəri ilə məşhurdur. Bu əsərdə Sam Mirzə özünün müasiri olan şair bioqrafiyalarını yazmışdır.

Sam Mirzə hələ azyaşlı ilən Herat hakimi təyin edilmişdir. Azyaşlı şahzadələrin hakimliyə təyin edilməsi Səfəvi imperiyasında geniş yayılmış bir təcrübə idi. Belə təyinatlarda əsas məqsəd onların Qızılbaş əmirlərinin rəhbərliyi altında dövlət idarəetməsində təcrübə qazanmaları idi. Herat hakimliyi zamanı o, şəhərdə bir zamanlar güclü olan və Teymuri hakimiyyətinin mirası olan mədəni nümunələrin təsirinə düşmüşdür. Eyni zamanda onun bu hakimliyi dövrü Qızılbaş əmirlərinin siyasi mübarizələri ilə əhatələnməyi ilə də əlamətdardır.

Mənbə: Vikipediya — «Sam Mirzə» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət