Sayat Nova
1712 — 1795 · Şair · XVIII əsr
- Azərbaycanca (ərəb əlifbası)
Sayat Nova (; əsl adı Harutyun Sayatyan) — erməni, gürcü və əsasən Azərbaycan dillərində yazan erməni şair və aşıq. Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınmışdır.
Musiqi sahəsi ilə yanaşı diplomatik sahədə də fəaliyyət göstərən Sayat Nova Səfəvi İmperiyası ilə Gürcü çarları arasında olan danışıqlarda iştirak edirdi. Kübar cəmiyyətdə böyük nüfuzunun olmasına baxmayaraq dönəmin Səfəvi şahının bacısına aşiq olması və bu barədə sarayda müxtəlif dedi-qoduların yayılmasından sonra nüfuzunu və bütün vəzifələrini itirir. Bu hadisədən sonra rəsmi dövlətçilik işlərindən kənarlaşır və rahib həyatı sürməyə başlayır. 1759-cu ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib təyin edilir. Ter-Stepanos rütbəsi verilən Sayat Nova, əvvəlcə İrandakı Ənzəli Kilsəsində, 1765-ci ildə isə Qaxdakı kilsədə xidmət göstərməyə başlayır. Aşığın bir neçə fars və ərəb dillərində də əsərləri movcuddur. Lakin maraqlı olan budur ki, 1760-cı ildə Sayat Novanın öz əli ilə ayrıca bir dəftərə köçürüb saxladığı mahnılardan 114-ü azərbaycan dilindədir. İkincə dəftər isə, 1823-cü ildə gürcü şahzadəsi Teymurazın tapşırığı ilə şairin oğlu Ohan tərəfindən tərtib edilmişdir və bu dəftərdə də bir neçə mahnı gürcü əlifbası ilə azərbaycan dilində qeyd edilmişdir.