Səməd Mənsur

1879 — 1927 · Şair · XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. O, yaradıcılığının ən məhsuldar dövründə – 1918–1919-cu illərdə "Şeypur" satirik jurnalının naşiri olmuş, eyni zamanda "Hümmət" firqəsinin orqanı olan "Azərbaycan füqərası" qəzetinin çıxmasına yaxından köməklik göstərmişdir. 1925-ci ildə maarifpərvərlər tərəfindən "Azərbaycan ədəbiyyat cəmiyyəti" təşkil edildiyi gündən etibarən Səməd Mənsur cəmiyyətin ən fəal üzvlərindən biri və təftiş komissiyasının üzvü idi. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır.

Uyma, ey dil, xəlqidə yoxdur sədaqət, rəngdir,

Mənbə: Vikipediya — «Səməd Mənsur» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət