Şeyx İbrahim Gülşəni

1423 — 1534 · Şair · XV-XVI əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Şeyx İbrahim Gülşəni – sufi alimi, xəlvətiliyin gülşənilik qolunun qurucusudur.Təhsilini Şərq şəhərlərində almış, uzun müddət Təbrizdə və daha sonra Misirdə fəaliyyət göstərmişdir. Gülşəni yaradıcılığında sufizmin mənəvi-fəlsəfi prinsiplərini bədii şəkildə ifadə etmiş, türkcə, farsca və ərəbcə əsərlər yazmışdır. Onun poeziyası həm dini-irfani, həm də ictimai məzmun daşıyır. Gülşəni təriqəti onun vəfatından sonra da Osmanlı imperiyası və Azərbaycan ərazilərində geniş yayılmışdır.

İbrahim Gülşəninin atası kəlam, fiqh və məntiq sahəsində tanınmış alimlərdən biri olan Şeyx Məhəmməd Amididir. Anası isə Antep alimlərindən Müdərris Şərəfəddinin qızı Hədiyyətullah xanım idi. Əksər şeyxlər soylarını Əhli-beytə bağlamağa çalışsalar da, İbrahim Gülşəni bundan fərqli olaraq, Ağqoyunlu hökmdarlarının gözləntilərinə uyğun şəkildə öz nəsil şəcərəsini Oğuz xana bağlamışdır.

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət