Süleyman Rəhimov
1900 — 1983 · Yazıçı · XX əsr
- Azərbaycanca
Süleyman Hüseyn oğlu Rəhimov — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir.
Əsərləri. Azərbaycan Milli Kitabxanasının elektron oxu zalında: kitab 7641, kitab 7642.