Əliağa Vahid

1894 — 1965 · Şair · XX əsr

  • Azərbaycanca

Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; — Azərbaycan-sovet şairi, qəzəlxanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943).

Əliağa Vahid 17 fevral 1894-cü ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.

Mənbə: Vikipediya — «Əliağa Vahid» · CC BY-SA 4.0