Xəlil Rza Ulutürk

1932 — 1994 · Şair · XX əsr

  • Azərbaycanca

Xəlil Rza Ulutürk (tam adı: Xəlil Rza oğlu Xəlilov) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir.Ədəbi fəaliyyətə isə tələbəlik illərində başlamış və ilk şeirləri mətbuatda dərc edilmişdir. Uzun müddət Azərbaycan Yazıçılar Birliyində, habelə müxtəlif mətbuat orqanlarında çalışmışdır. O, həm də ədəbiyyatşünaslıq sahəsində araşdırmalar aparmış, Azərbaycan ədəbi irsinin öyrənilməsinə töhfə vermişdir.

Əsərləri. Azərbaycan Milli Kitabxanasının elektron oxu zalında: kitab 8056, kitab 10347, kitab 10401, kitab 10443.

Mənbə: Vikipediya — «Xəlil Rza Ulutürk» · CC BY-SA 4.0